"Bakı” klubunun prezidenti Hafiz Məmmədov komanda üzvləri ilə görüş keçirib. Klubun rəsmi saytının yaydıtı məlumata görə, paytaxt təmsilçisinin rəhbəri tədbir zamanı "zolaqlılar”ın fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Hafiz Məmmədov bildirib ki, klub hazırkı heyətlə yola davam edəcək və növbəti ilin yanvarından daha güclü olacaq.
Komanda prezidenti ona güvənən, bu çətin vaxtda düşərgədə qalan hər bir futbolçuya xüsusi təşəkkürünü də çatdırıb. O, kluba olan bütün borcların isə qarşıdakı bir həftə ərzində ödəniləcəyi bildirilib.
Eyni zamanda, Hafiz Məmmədov bütün futbolçulara və klubun işçilərinə dözümlü olduqlarına görə minnətdarlıq edib. Gənc futbolçulara uğurlar diləyən klub prezidenti komandanın bundan sonrakı çıxışının qənaətbəxş olacağını vurğulayıb.
Görüşdə İbrahim Uzunca komandanın baş məşqçisi təyin edilib.
Qeyd edək ki, "Bakı”nın Topaz Premyer Liqasının ilk turunda "Simurq”la oyunu təxirə salınmışdı.