Ukraynalı məşqçi Andrey Bal stadionda futbol oynayarkən ölüb. Məşhur futbolçu olan Bal karyerasının çox hissəsini Kiyev "Dinamo”sunda keçirib. Keçmiş sovet və Ukrayna futbolçusu Andrey müdafiəçi və yarımmüdafiəçi mövqelərində oynayıb. Son zamanlar o, Kiyev "Dinamo”sunda idman direktorunun köməkçisi işləyirdi. 2012-ci il oktyabrında Oleq Bloxinin istefasından sonra Andrey Bal Ukraynanın əsas yığmasının məşqçisi olub.