Argentinanın futbol ulduzu Maradonanın yenə də media nümayəndələri ilə münaqişəsi yaranıb. Məşhur keçmiş futbolçu jurnalisti döyüb. Hadisə avtomobil magistralında qeydə alınıb. Deyilənlərə görə, Maradona oğlu ilə teatra yollanan zaman jurnalistlər onun qarşısını kəsərək müsahibə almaq istəyiblər. Nəticədə Maradona jurnalistlərin qəfil "hücumuna” dözməyərək onlardan birinə sillə vurub.
Qeyd edək ki, Dieqo Armando Maradona Argentinanın Villa Fiorito şəhərində anadan olub. O, planetin əfsanəvi futbolçuları sırasında yer alıb.