İdman köynəyi ən bahalı atribut oldu

İdman köynəyi ən bahalı atribut oldu


"Real Madrid” klubunun yeni transferi Xames Rodriqesin futbol köynəyi mağazalarda peyda olandan sonra 502 min ədəd satılıb. "Euromargetind Sport”un məlumatında avqustun 1-nə kimi Rodriqesin adı olan 502 min futbol köynəyinin satıldığı qeyd edilib: "Bu 10 gün ərzində futbol atributunun satılması ilə bağlı ən böyük rəqəmdir”. İndiyədək heç bir futbolçunun köynəyi bu həcmdə satışa çıxarılmayıb. Futbol köynəyinin 1 ədədi 101 dollara satılır. "Real Madrid” köynəyinin satışından 50 milyon avro qazanc götürüb. Qeyd edək ki, Madrid klubu Rodriqeslə 6 illik müqavilə bağlayıb. Futbolçunun transferi 80 milyon avroya başa gəlib. Kolumbiyalı futbolçu klubda ildə 7 milyon avro qazanacaq.
Xatırladaq ki, Rodriqes son dünya çempionatının bombardiri olub. O, turnirdə 6 qol vurub.