AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda Topaz Premyer Liqasının II turunda baş verən hadisələr müzakirə olunub və lazımi qərarlar verilib.
"Neftçi” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə alan "Bakı” 1000 manat cərimə edilib.
"Xəzər Lənkəran”la görüşdə 5 oyunçusuna xəbərdarlıq edilən "Sumqayıt”ın da cəzası eyni olub. Sonuncu ümid foluna görə meydandan qovulan Orxan Sadıqlı isə 1 matçlıq kənarlaşdırılıb. Qapıçı "Xəzər Lənkəran”ı həm də 200 manat ziyana salıb.
"Qəbələ”nin futbolçusu Luis Paulo Hilario növbəti dəfə cəzalanıb. Əsas komandadan kənarlaşdırılıb əvəzedici heyətə göndərilən braziliyalı bu dəfə AFFA tərəfindən cəzalanıb. Belə ki, qurumun İntizam Komitəsi əvəzedici heyətlərin çempionatının II turunun "Araz Naxçıvan”la oyununda rəqibi təhqir edən yarımmüdafiəçi ilə bağlı qərar verib. Bu səbəbdən Dodo kimi tanınan legioner 3 oyunluq cəzalanıb. Cənubi amerikalı klubunu da 1000 manat ziyana salıb.
Komitə "Xəzər Lənkəran” və "Sumqayıt”ın əvəzedicilərinin görüşündə baş verənləri də araşdırıb. Nəticədə, "Gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasov hakimləri təhqir etdiyinə görə 5 oyunluq kənarlaşdırılıb. Sumqayıt klubu 2500 manat cərimə olunub.
AZAL-la matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan AZAL-ın əvəzedici heyəti isə paytaxt klubunu 500 manat xərcə salıb.