Millimiz Avropa kubokuna Bakıda hazırlaşır

Millimiz Avropa kubokuna Bakıda hazırlaşır

Avqustun 28-də "Jumeirah Bilgah Beach” hotelində çimərlik futbolu üzrə Avropa kuboku yarışları keçiriləcək.
Çimərlik futbolu üzrə milli komandamız turnirə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında iştirak edir.
Avqustun 21-də start götürən hazırlıqda Zeynal Zeynalov, Emin Kürdov, Orxan Məmmədov, Comərd Baxşəliyev, Əbdül Əliyev, Əli Hüseynov, Elçin Qasımov, Hikmət Bağırov, Vaqif Şirinbəyov, Asif Zeynalov, Amid Nəzərov, Sabir Allahquliyev, Renat Sultanov, Elvin Quliyev, Zabit Səfərov və Namiq İsgəndərov iştirak edirlər.
Qeyd edək ki, təlim-məşq toplanışına avqustun 26-da yekun vurulacaq.