“Bankçılar” qələbə sayəsində vahid lider oldular

“Bankçılar” qələbə sayəsində vahid lider oldular

Topaz Premyer Liqasında III turun oyunları keçirilib. Turun 2 matçı təxirə salınıb. Buna "Neftçi” və "Qarabağ” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsindəki çıxışı səbəb olub. Nəticədə, "Araz Naxçıvan” - "Qarabağ” və AZAL - "Neftçi” qarşılaşmaları başqa vaxta keçirilib.
Turun ilk günündə ötən mövsümün iddialıları - "Bakı” və "Qəbələ” görüşüb. Uğursuzluq zolağından ötən tur çıxan əyalət təmsilçisi çempionata son anda qatılan paytaxt təmsilçisi ilə görüşün favoriti sayılırdı. Buna səbəb meydan sahiblərinin heyətinin tam komplektləşməməsi və problemlərini sonadək həll etməməsi idi. Uzun müddət qolun vurulmadığı oyunda hesab 78-ci dəqiqədə açılıb. Son saniyələrdə daha bir qol vuran qonaqlar 3 xala sevinən tərəf olublar.

Digəo 2 oyun ikinci oyun günü olub. Çempionata fərqli başlayan iki əyalət klubu isə Zaqatalada üz-üzə gəlib. Ardıcıl ikinci ev oyununa çıxan "Simurq” mövsümə yaxşı başlamayan "Xəzər Lənkəran”ı büdrətməyə çalışacaqdı. Əsas qapıçısı Orxan Sadıqlı cəzalı olduğu üçün qonaqların işi heç də asan olmayacaqdı. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Turnir cədvəlinə əsasən turun mərkəzi oyunu "İnter Arena”da keçirilib. İki güclü rəqiblə oyunlarda xal itirməyən "Sumqayıt” liderliyini qorumaq üçün ən yaxın izləyicisinə də uduzmamalı idi. Tarixində "İnter”ə qol vurmayan sumqayıtlıların görüşün favoritindən 1 xal alması, növbəti sensasiyaya səbəb ola bilərdi. Lakin meydan sahibləri rəqibə heç bir şans verməyərək qələbə qazanıblar - 5:1.

Topaz Premyer Liqası
III tur

23 avqust (şənbə)
"Bakı” - "Qəbələ” - 0:2
Qollar: Viktor Mendi, 78, Ruslan Abışov, 90.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

24 avqust (bazar)
"Araz Naxçıvan” - "Qarabağ” (təxirə salınıb)
Naxçıvan. Muxtar Respublika stadionu.

"Simurq” - "Xəzər Lənkəran” - 2:0
Qollar: Draqan Çeran, 44, Rəşad Eyyubov, 61.
Zaqatala. Şəhər stadionu.

"İnter” - "Sumqayıt” - 5:1
Qollar: Abdulla Abatsiyev, 6, Nizami Hacıyev, 26, Alvaro Silva, 42, 90+1, Asif Məmmədov, 85 - Məhəmməd Qurbanov, 40.
Bakı. "İnter Arena” stadionu.

25 avqust (bazar ertəsi)
AZAL - "Neftçi” (təxirə salınıb)
Bakı. "AZAL Arena” stadionu.