Azərbaycan yığması: 196 futbolçu, 35 legioner

Azərbaycan yığması: 196 futbolçu, 35 legioner


Azərbaycan yığmasında oynayan futbolçuların sayı 196-ya çatıb. Buna Özbəkistanla Bakıda keçirilən yoldaşlıq matçında daha bir debütantın meydana çıxması səbəb olub.
"Bakcell Arena”da təşkil olunan və 0:0 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmada Emin Nuri ilk dəfə yığmamızın formasını geyib. Bu oyunadək 205 matçda 195 futbolçunun şərəfini qoruduğu komandamızın 196-cı üzvü Emindir.
29 yaşlı türk əsilli bolqarıstanlı futbolçu 2014-cü ildə millidə debüt edən 7-ci oyunçu kimi də tarixə düşüb. Belə ki, Filippinlə matçda (1:0) Tuğrul Erat, Elvin Yunuszadə və İlkin Qırtımov, ABŞ-la görüşdə (0:2) isə Abdulla Abatsiyevlə Dmitri Nazarov bu siyahıya düşmüşdülər. Nuri milliləşən legioner olduğundan, yığmada belə futbolçularımızın sayı 35-ə çatıb.