Qapıçı dincəlmək istəyir

Qapıçı dincəlmək istəyir

ABŞ yığma komandasının qapıçısı, hazırda "Everton” klubunda çıxış edən Tim Xovard qəribə bir qərar qəbul edib. Qapıçı gələn il yığmanın heyətində heç bir oyuna çıxmayacağını deyib. Bu məlumat ABŞ Futbol Federasiyasının saytında yerləşdirilib. Federasiya rəsmiləri 35 yaşlı qapıçının bu qərarına hörmətlə yanaşdıqlanın bildiriblər. Xovard özü isə bu qərarı ailəsi ilə əlaqələndirib. "Uzun müddətdir ki, futboldayam. Millimizin heyətində 104 oyun keçirmişəm. Karyeram ərzində çalışmışam ki, ABŞ millisinin şərəfini ləyaqətlə qoruyum. Amma indi bir müddət dincəlmək istəyirəm. Daha doğrusu, ailəmlə birlikdə olmaq, vaxtımın əsas hissəsini uşaqlarıma həsr etmək barədə düşünürəm”, - deyə Tim Xovard bildirib.