"Lokomotiv”in sabiq voleybolçusu Vera Klimoviç karyerasını İtaliyada davam etdirəcək. O, növbəti mövsüm A seriyasında mübarizə aparan "Kasalmaggiore” klubunda çıxış edəcək.
Məlumat üçün qeyd edək ki, Belarus millisinin voleybolçusu son 5 mövsümü Bakı klubunda keçirib və "Lokomotiv”lə "Çelenc Cup”ı, Super-liqanın gümüş və bürünc medallarını qazanıb.
"Dəmiryolçular” son mövsümdəki uğursuzluqdan sonra heç bir oyunçu ilə müqaviləni artırmadığından Klimoviç də özünü yeni çempionatda sınamaq qərarına gəlib.