«Qarabağ»ın rəqibləri məlum oldu

«Qarabağ»ın rəqibləri məlum oldu



Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Bununla da qitənin 2-ci dərəcəli klub turnirində mübarizəni davam etdirən 48 komandanın rəqibləri müəyyənləşib.
Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsində çıxış etmək üçün hüququ əldə edən "Qarabağ”ın rəqibləri müəyyənləşib. Belə ki, püşkə əsasən son Azərbaycan çempionu F qrupunda İtaliyanın «İnternational», Ukraynanın «Dnepr» və Fransanın «Sent-Etyen» klubları ilə mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsində ilk turun oyunları sentyabrın 18-də keçiriləcək.



A qrupu
"Vilyareal" (İspaniya)
"Borussiya" (Mönhenqladbax, Almaniya)
"Sürix" (İsveçrə)
"Apollon" (Kipr)


B qrupu
"Kopenhagen" (Danimarka)
"Brügge" (Belçika)
"Torino" (İtaliya)
HİK (Finlandiya)


C qrupu
"Tottenhem" (İngiltərə)
"Beşiktaş" (Türkiyə)
"Partizan" (Serbiya)
"Asteras " (Yunanıstan)


D qrupu
"Zalsburq" (Avstriya)
"Seltik" (Şotlandiya)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Astra" (Rumıniya)


E qrupu
PSV (Hollandiya)
"Panatinaikos" (Yunanıstan)
"Eştoril" (Portuqaliya)
"Dinamo" (Moskva, Rusiya)

F qrupu
"İnter" (İtaliya)
"Dnepr" (Ukrayna)
"Sent-Etyen" (Fransa)
"Qarabağ" (Azərbaycan)


G qrupu
"Sevilya" (İspaniya)
"Standard" (Belçika)
"Feyenoord" (Hollandiya)
"Riyeka" (Xorvatiya)


H qrupu
"Lill" (Fransa)
"Volfsburq" (Almaniya)
"Everton" (İngiltərə)
"Krasnodar" (Rusiya)

I qrupu
"Napoli" (İtaliya)
"Sparta" (Çexiya)
"Yanq Boyz" (İsveçrə)
"Slovan" (Slovakiya)

J qrupu
"Dinamo" (Kiyev, Ukrayna)
"Styaua" (Rumıniya)
"Rio Ave" (Portuqaliya)
"Olborq" (Danimarka)


K qrupu
"Fiorentina" (İtaliya)
PAOK (Yunanıstan)
"Genqam" (Fransa)
"Dinamo" (Minsk, Belarus)

L qrupu
"Metallist" (Ukrayna)
"Trabzonspor" (Türkiyə)
"Legiya" (Polşa)
"Lokeren" (Belçika)