“Sumqayıt”da 12-ci transfer

“Sumqayıt”da 12-ci transfer

Topaz Premyer Liqasında 2014/15-ci illər mövsümünün start götürməsinə baxmayaraq, "Sumqayıt” transfer işlərini davam etdirməkdədir. Sumqayıt klubu son olaraq "İnter”də çıxış etmiş Cəmil Hacıyevi heyətinə qatıb.
20 yaşlı müdafiəçi "Sumqayıt” ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Sumqayıt” yay transfer dönəmində bunadək Ruslan Poladov, Ramazan Abbasov, Taqim Novruzov, Ceyhun Cavadov, Orxan Əliyev, Təvəkkül Məmmədov, Tofiq Mikayılov, Kamil Nurəhmədov, Slavik Alxasov, Kiyan Sultanpur və Murad Ağayevi heyətinə qatıb.