"Messi haqqında düşündüklərimi desəydim, indi həbsxanada olardım”.
Bu sözləri "Real” Madridin ulduz futbolçusu Kriştiano Ronaldo ölkəsində dəvət olunduğu bir televiziya verilişində söyləyib. Portuqaliyalı futbolçu o ki var, özünü tərifləyib.
Ronaldo verilişdə aparıcının ona veridyi "Dünya çempionatında Messinin ən yaxşı fubolçu seçilməsi, sizcə, ədalətli bir qərar idi?” sualına gülərək belə cavab verib: "Messi haqqında düşündüklərimi desə idim, indi həbsxanada olardım. Bunu Messinin özündən soruşmaq lazımdır. Məncə, insan özü üçün ən gözəl qiyməti elə özü verə bilər. Fkrimcə, mən çox mükəmmələm”.