Stadion üçün yeni ot örtüyü

Stadion üçün yeni ot örtüyü

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü dəyişdirilir. Artıq bu məsələ ilə bağlı razılıq əldə olunub.
Belə ki, ot örtüyünün yararsız hala düşməsi ilə bağlı AFFA, Gənclər və İdman Nazirliyi və Respublika stadionunun rəhbərliyi arasında görüş keçirilib. Görüşdə vəziyyətdən çıxış yolları müzakirə olunub.
Nəticədə, problemin təcili aradan qaldırılması məqsədilə hər üç tərəfin birgə fəaliyyəti ilə yaxın 16 gün ərzində stadionun ot örtüyünün dəyişdirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionu Gənclər və İdman Nazirliyinin balansındadır.