Portuqaliya çempionatının II liqasında V turun oyunları keçirilib. Bu tur Azərbaycan millisinin keçmiş futbolçusu Amit Qulzuzadənin debütü ilə əlamətdar olub.
Lissabonun "Atletiko” klubunun şərəfini qoruyan yarımmüdafiəçi komandasının "Trofense” ilə səfər matçında meydana çıxıb. Start heyətində meydana çıxan Amit oyunun 28-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. O, matçın 37-ci dəqiqəsində isə əvəzlənib. Bu qarşılaşmada "Atletiko” 0:2 hesabı ilə uduzub.
Bundan başqa, Amit ilk dəqiqələrdə də diqqət mərkəzinə düşüb. Belə ki, matçın ilk qol epizodunu da həmyerlimiz yaradıb. Lakin əlverişli vəziyyətdən yararlanmaması hesabın açılmasına imkan verməyib.
Qeyd edək ki, 5 oyundan sonra hesabında 5 xal olan lissabonlular 24 komanda arasında 16-cı pillədə qərarlaşıblar.