Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Jesolo şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində iştirak edir.
Sentyabrın 5-də Azərbaycan milli komandası çimərlik futbolu üzrə dünya çempionatında ilk oyununu keçirib. Çexiya yığması ilə qarşılaşan futbolçularımız 4:1 hesabı ilə qələbə qazanıblar. Əli Hüseynovun 2 top vurduğu oyunda hərəyə bir dəfə Asif Zeynalov və Sabir Allahquliyev fərqləniblər.
Millimiz növbəti oyununu sentyabrın 7-də İspaniya yığmasına ilə qarşılaşıb və uduzub (3:5).
Dünya çempionatı sentyabrın 14-dək davam edəcək.