Sentyabrın 14-də Estoniyanın Tallin şəhərində ənənəvi olaraq Estoniyada yaşayan milli azlıqlar arasında birincilik kuboku uğrunda futbol yarışı keçirilib. Turnirdə Azərbaycan icmasını baş məşqçi Musa Qurbanovun rəhbərlik etdiyi "Neftçi” komandası təmsil edib.
Finalda Polşa futbolçuları ilə qarşılaşan "Neftçi” komandası 3:1 hesabi ilə qalib gələrək birincilik kubokunu qazanıb.