Millimiz üçün uğursuz nəticə

Millimiz üçün uğursuz nəticə


İtaliyanın Jesolo şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatına yekun vurulub. Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə oyunlarının ikinci mərhələsində növbəti oyununu keçirib. Fransa yığması ilə qarşılaşan təmsilçilərimiz 3:1 hesabı ilə qalib gəliblər. Oyunda komandamızın heyətində Sabir Allahquliyev, Asif Zeynalov və Hikmət Bağırov hərəyə bir dəfə fərqləniblər.
Xatırladaq ki, millimiz bu mərhələdə keçirdiyi əvvəlki oyunlarda İngiltərə yığmasına 4:5, İsveçrə komandasına 2:4, Macarıstan millisinə 3:4 hesabı ilə məğlub olub.
Yunanıstan yığması ilə qarşılaşmada isə komandamız 6:3 hesabı ilə qələbə qazanıb.
Bununla da, Azərbaycan millisi dünya çempionatını 13-cü pillədə başa vurub.