Bakı Futbol Federasiyasının "İnter” Peşəkar İdman Klubunun 10 illik yubileyi münasibətilə təşkil etdiyi Bakı kuboku uğrunda yarışa yekun vurulub. Final oyununda "İnter” və "Qarabağ” komandaları mübarizə aparıblar. Birinci hissədə "İnter”in qapısından 2 top keçirən "Qarabağ” fasilədən sonra iki dəfə oyuna mərkəzdən başlamağa məcbur olub - 2:2. Əsas vaxtın qalan dəqiqələrində və əlavə olunmuş hissələrdə də komandaların fərqlənmək üçün bir neçə dəfə imkanları olsa da, onlar bundan yararlana bilməyiblər. Turnirin qalibi adına aydınlıq gətirmək üçün komandalar onbirmetrlik cərimə zərbələrini yerinə yetiriblər. 1/4 final mərhələsində və yarımfinalda olduğu kimi, finalda da "Qarabağ” klubunun 10-11 yaşlı futbolçuları onbirmetrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirərək (3:2) Bakı kubokuna sahibi olublar.