Millimizin hücumçusu Dmitri Nazarov Almaniyanın "Karlsrue” klubunda növbəti oyununu keçirib. 2-ci Bundesliqanın V turu çərçivəsində Karlsrue təmsilçisi "Bohum”un qonağı olub.
Görüş 1:1 hesabı ilə başa çatıb. D. Nazarov meydana fasilədən sonra daxil olub. O, dayaq yarımmüdafiəçisi Raynhold Yabonu əvəz edib. Ötən həftə millimizin Bolqarıstanla seçmə görüşündə qol vuran Dmitri matçın 52-ci və 58-ci dəqiqələrində komandasının 2-ci topunu da vurmağa yaxın olub.
Qeyd edək ki, çempionatda hələ məğlubiyyət üzü görməyən "Karlsrue” 9 xalla VI pillədədir.