“Qarabağ”ın rəqibi keçmiş futbolçusunu heyətinə qaytarıb

“Qarabağ”ın rəqibi keçmiş futbolçusunu heyətinə qaytarıb

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan İtaliya "İnter”i heyətini gücləndirib. Milan klubu keçmiş futbolçusu Safir Taideri yenidən sıralarına qaytarıb.
Belə ki, ötən mövsümü təmsilçimizin rəqibində keçirən əlcəzairli 22 yaşlı yarımmüdafiəçi avqustda "Sautqempton"a keçsə də, ingilis klubunun heyətində oynamaqdan imtana edib və yenidən "İnter”ə geri dönüb.
Qeyd edək ki, "Qarabağ” Avropa Liqasının qrup mərhələsində "İnter”lə ilk oyununu oktyabrın 2-də Milanda keçirəcək. Cavab qarşılaşması isə dekabrın 11-də Bakıda təşkil olunacaq.