FİFA AFFA-nın "Dalğa Arena” ilə bağlı müraciətinə baxıb. Dünya futbol qurumu AFFA-nın Futbol Mərkəzindəki "Dalğa Arena"nın yenilənmiş süni örtüyünə ən yüksək sertifikatın - 2 ulduzun verilməsi ilə bağlı müraciəti dəyərləndirib.
FİFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2015-ci il avqustun 25-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.