UEFA Uels Futbol Assosiasiyasını cəzalandıra bilər. Buna səbəb azarkeşin meydana daxil olmasıdır.
Belə ki, EURO-2016-nın qrup mərhələsinin ilk oyununda britaniyalılar səfərdə Andora yığması ilə qarşılaşmasının 81-ci dəqiqəsində Qaret Beylin qolundan sonra uelsli fanat meydana qaçıb. Bu da Uels Futbol Assosiasiyasının intizamsız davranışı kimi göstərilir.
Qeyd edək ki, UEFA bununla bağlı işə oktyabrın 16-da baxacaq.