Futbolçumuz bu dəfə "18-liy"ə düşmədi

Futbolçumuz bu dəfə "18-liy"ə düşmədi

Portuqaliya çempionatının I divizionunda VI turun oyunları keçirilib. Amit Quluzadənin formasını geyindiyi Lissabon "Atletiko"su "Akademiko"nu sınağa çəkib.
Qarşılaşmada təmsilçimizin komandası uduzub. Rəqibin 1:0 hesabı ilə qələbə qazandığı oyunda Quluzadənin adı "18-liy"ə salınmayıb.
Qeyd edək ki, Amitin ötən tur "Trofense” ilə səfər matçında debüt edib. Start heyətində meydana çıxan yarımmüdafiəçimiz matçın 28-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb və 37-ci dəqiqədə əvəz olunub. Bu qarşılaşmada "Atletiko” 0:2 hesabı ilə uduzub.