Əfsanəvi futbolçu Dieqo Maradonanın adı yenidən qalmaqallarda hallanır. Xarici mətbuatın verdiyi məlumata görə, argentinalı mütəxəssis Xorvatiyada gecə klublarından birində istirahət edərkən onunla şəkil çəkdirmək istəyən fanatını döyüb."Spirtli içki qəbul edən Dieqo Maradona əvvəlcə fanatını itələyib, sonra isə onu təhqir edən xorvatiyalı fanatını döyüb. Klub mühafizəçiləri hadisənin böyüməməsi üçün onları həmin məkandan uzaqlaşdırıblar”, - deyə hadisə şahidləri bildiriblər.
Qeyd edək ki, əfsanəvi futbolçu bundan əvvəl ondan müsahibə almaq istəyən jurnalistə də sillə vurmuşdu.