Millimiz reytinqdə 20 pillə geriləyəcək

Millimiz reytinqdə 20 pillə geriləyəcək


Azərbaycan millisi FİFA reytinqində geriləyəcək. Buna səbəb yığmamızın hesabındakı əmsalın azalmasıdır.
Avqustun 14-də açıqlanan reytinq siyahısında 413 xalla 73-cü yerdə olan Berti Foqtsun komandası geridə qalan müddətdə 3 oyun keçirib. Avqustun 20-də Özbəkistan (0:0), sentyabrın 3-də Rusiya (0:4), 9-da isə Bolqarıstan komandası ilə (1:2) qarşılaşan yığmamız 21 günə sığan 3 oyunda 69 xal itirib.
Belə ki, bu uğursuz görüşlərdən sonra yığmamızın hesabında 344 xal qalıb və 69 xalın itirilməsi FİFA siyahısında aşağı yuvarlanmaqla nəticələnməyə bilməz.
1 ay əvvəl 344 xala malik komandanın-Estoniyanın 93-cü olduğunu nəzərə alsaq, Berti Foqtsun yetirmələri təxminən 20 pillə geriləyəcək. Əlbəttə, bu rəqəm kiçik fərqlə dəyişə də bilər.
İtirilən 69 xalın 15-i Özbəkistan, 30-u Rusiya, 24-ü Bolqarıstan komandası ilə görüşdə əldən verilib. Çünki ilk oyundan sonra 398-ə bərabər olan əmsalımız Moskva səfərindən sonra 368-ə qədər azalmışdı.
Qeyd edək ki, FİFA reytinq siyahısını sentyabrın 20-də açıqlayacaq.