Komandamıza çağrılan futbolçu La Liqada

Komandamıza çağrılan futbolçu La Liqada


Anası azərbaycanlı, atası toqolu olan futbolçu Eddi İsrafilov özünə yeni klub tapıb. "Mursiya"nın keçmiş yarımmüdafiəçisi bundan sonra La Liqa təmsilçisində oynayacaq.
Ötən il Azərbaycan milli komandasının təlim-məşq toplanışına çağırılan, dəvəti öncə qəbul edib, sonradan fikrini dəyişən Eddi bundan sonra "Qranada”nın formasını geyinəcək. E. İsrafilov yeni klubu ilə ilkin razılığa gəlib. Əgər Eddinin "Qranada"dakı çıxışı uğurlu alınsa, komanda onunla mövsümün sonunda 5 illik müqavilə imzalayacaq.
Qeyd edə ki, AFFA Eddini Azərbaycan yığmasında yoxlanış üçün ötən il mayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət etmişdi. Danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirmişdi O, bununla əlaqədar yığmamızın Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməmişdi.
Daha sonra AFFA İsrafilovun valideynləri və meneceri ilə danışıqları davam etdirsə də, onlar yarımmüdafiəçinin İspaniya milli komandasına dəvət edilmək ehtimalının olduğunu əsas gətirərək, Azərbaycan yığmasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib. Lakin AFFA legionerin təklifini qəbul etməmişdi.