Blatterin rəqibləri kimdir?

Blatterin rəqibləri kimdir?

FIFA prezidentliyinə 5-ci dəfə namizəd olacaq Zepp Blatterin rəqibləri yavaş-yavaş bəlli olur.
”Olimpnews.az” ”Goal.com-a istinadən xəbər verir ki, fransız Jerome Çampagne FİFA prezidentliyinə namizəd olacağını açıqlayıb. Çampagne seçildiyi təqdirdə, FIFA-nın daha demokratik bir dövrə girəcəyini və futbolun XXI əsrə uyğun yeni tərzdə inkişaf edəcəyini deyib.
1999-2010- cu illərdə FIFA-da vəzifədə olan keçmiş diplomatın 56 yaşı var. Son 4 ildir ki, müxtəlif futbol federasiyalarında müşavir kimi çalışır.