Millimiz 2-ci səbətdə

Millimiz 2-ci səbətdə

Final mərhələsi 2016-cı ilin 2-13 fevral tarixlərində Serbiyanın paytaxtı Belqardda təşkil olunacaq futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkatma mərasimində Azərbaycan millisi II səbətdə yer alacaq. UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq tədbirdə əvvəlcə ilkin mərhələnin qrupları müəyyənləşəcək.
Sentyabrın 26-da Bakı vaxtı ilə 17:00-da keçiriləcək püşkdə 24 komanda 6 qrupa bölünəcək. Mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq 21 komanda isə ilk 3 səbətdə qərarlaşıb.
Qeyd edək ki, ilkin və əsas mərhələlərin oyunlarına ev sahibliyi edəcək şəhərlər də artıq müəyyənləşib. Azərbaycan yığması yer aldığı qrupun oyunlarına ev sahibliyi edəcək. Əsas mərhələnin həmin qrupunun matçları Bakıda keçiriləcək. Digər qruplar isə Xorvatiya (Dubrovnik), Rumıniya (Keleraş), Sloveniya (Laşko), Bosniya və Herseqovina (Sarayevo), Polşa (Krosno), Makedoniyada (Skopye) oynayacaq.

I səbət: İspaniya, İtaliya, Rusiya, Portuqaliya, Xorvatiya, Çexiya, Ukrayna;
II səbət: Rumıniya, Sloveniya, Azərbaycan, Macarıstan, Slovakiya, Hollandiya, Belarus;
III səbət: Belçika, Bosniya və Herseqovina, Türkiyə, Qazaxıstan, Polşa, Makedoniya, Norveç;
IV səbət: İlkin mərhələnin 6 qrup qalibi və ən yaxşı 2-ci yer.