“Çalışacağıq ki, Qəbələdən 3 xalla qayıdıb, liderlər qrupunda möhkəmlənək”

“Çalışacağıq ki, Qəbələdən 3 xalla qayıdıb, liderlər qrupunda möhkəmlənək”

"İki mövsüm əvvəl "Qəbələ”yə qarşı oynamışam. Bu komandanın nəyə qadir olduğunu bilirəm. Onlar standart vəziyyətlərdən çox yaxşı yararlanmağı bacarırlar”. Bu sözləri "Neftçi”nin hücumçusu Nikolas Kanales deyib.
Çilili futbolçu klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının VI turunun "Qəbələ” ilə oyunu haqda danışıb: "Bildiyimə görə, "Qəbələ” 2 il əvvəlkindən daha güclüdür. Ötən mövsüm Azərbaycan kubokunun finalına çıxıblar və Premyer Liqanın bürünc medalını qazanıblar. "Qəbələ”nin heyətində kifayət qədər səviyyəli futbolçu yer alır. Doğma meydan amilini də nəzərə alsaq, azarkeş dəstəyi də daha çox onların tərəfində olacaq. Bununla belə, çalışacağıq ki, Qəbələdən 3 xalla qayıdıb, liderlər qrupunda möhkəmlənək”.