Yığmamız 16 komanda arasında

Yığmamız 16 komanda arasında

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin iştirakçılarının tam siyahısı açıqlanıb. Yanvarın 3-11-də təşkil olunacaq yarışda 16 komanda iştirak edəcək.
1997-ci il təvəllüdlü futbolçuların çıxış edəcəyi turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq. Turnirdə Albaniya, Belarus, Bolqarıstan, Latviya, Litva, Malta, Moldova, Rusiya, Sankt-Peterburq, Slovakiya, Sloveniya, Finlandiya, Estoniya, Cənubi Koreya, Yaponiya yığmaları da mübarizə aparacaqlar.