Ağdamlılar Dnepropetrovskda oynamayacaqlar

Ağdamlılar Dnepropetrovskda oynamayacaqlar

Ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ”ın "Dnepr”lə səfər matçının Dnepropetrovskda keçirilməyəcəyi müəyyənləşib. Bu haqda Ukrayna mətbuatı xəbər verib.
Belə ki, Ukrayna klubları ilə bağlı qərarını açıqlayan UEFA, siyasi gərginliklə əlaqədar olaraq, Dnepropetrovsk, Xarkov və Odessada avroliqa matçlarının oynanılmasına icazə verməyib. "Dnepr”in təmsilçimizlə (F qrupu) ev oyununu Kiyevdə keçirəcəyi gözlənilir. Ukrayna klubu digər görüşlərini də paytaxtda keçirəcək.
Qeyd edək ki, "Qarabağ” "Dnepr”lə ilk oyununu səfərdə oktyabrın 23-də keçirəcək. Bakıdakı matç isə noyabrın 6-da reallaşacaq.