Bakı “Avro-2020”nin oyunlarını keçirmək hüququ qazandı

Bakı “Avro-2020”nin oyunlarını keçirmək hüququ qazandı


Bu gün UEFA-nın İcraiyyə Komitəsi futbolüzrə "Avro-2020”nin finalmərhələsinin oyunlarını qəbul edəcək 13 assosiasiyanı seçib. Şəhərlərinelanolunmasımərasimi İsveçrənin Cenevrə şəhərindəki "Espace Hippomene” Sərgi Mərkəzində keçirilib.
"Avro-2020”nin oyunları 13 paketə bölünüb - qrup mərhələsinin 3, play-off (1/8 və 1/4 final) mərhələsinin isə 1 oyununun daxil olunduğu 12 standart paket və yarımfinal qarşılaşmalarının və final matçının daxil olunduğu 1 paket. 19 assosiasiya standart paket üçün sifariş sənədlərini təqdim edib. Səsvermə nəticəsində Bakı "Avro-2020”nin oyunlarını keçirmək hüququ qazanıb.
AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirin nəticələrinə əsasən turnir Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək.
Bunlardan 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Digər 8 şəhərdə isə pley-offun 1/8 final qarşılaşmaları baş tutacaq.
Qaydalara əsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 oyununu qəbul edəcək: ev sahiblərinə «AVRO-2020»nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.
Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final oyununu təşkil edəcək. Həlledici qarşılaşma "Uembli” stadionunda keçiriləcək.
Məlumat üçün qeyd edək ki, «AVRO-2020»nin final mərhələsində 24 komanda iştirak edəcək.