Deputat futbolçunu meymun adlandırdı

Deputat futbolçunu meymun adlandırdı

Meksikanın millət vəkili Karlos Trevinyo "Santyaqo-de-Keretaro” stadionuna yerli "Keretaro” klubunun brazilyalı ulduzu Ronaldinyonun təqdimetmə mərasiminə gələn azarkeşlərin böyük növbəsinin onu qıcıqlandırdığını bildirib.
"Mən həmişə səbirli olmağa çalışıram, lakin insanları axmaq yerinə qoyanda özümdən çıxıram. Stadionun qarşısında düzülən insan axını məni hövsələdən çıxardı və bu növbənin ucbatından evimə iki saat gec gəldim. Bütün bunların hamısı bir makakaya görədir, brazilyalı makakaya görə. Bu heç də gülməli deyil”, - deyə Trevinyo "Facebook” səhifəsində yazıb.
Onu da qeyd edək ki, brazilyalı futbolçu sentyabrın 5-i Meksika klubu ilə iki illik müqavilə imzalayıb.