Məşqçilər arasında dava

Məşqçilər arasında dava

İngiltərə Premyer Liqasının növbəti turunda Londonun "Çelsi” və "Arsenal” klubları arasında keçirilən oyununda maraqlı insident yaşanıb. İngiltərə mətbuatının yazdığına görə, oyunun 20-ci dəqiqəsində "Çelsi”nin oyunçusu Kehl rəqib komandanın yarımmüdafiəçisi Aleks Sançesə qarşı sərt oynayıb.
Bu epizodun ardından "Çelsi”nin ünlü baş maşqçisi Joze Maurinyo və uzun illərdir "Arsenal”I çalışdıran Arsen Venger bir-biri ilə dalaşıblar. Maurinyonun dayandığı yerə gələn "Arsenal”ın baş məşqçisi iki əli ilə "Çelsi”nin çalışdırıcısının sinəsindən itələyib. Müvazinətini itirən "Çelsi”nin baş məşqçisi yıxılmaqdan özünü güclə saxlayıb.
Bundan sonra hər iki baş məşqçini yanına çağıran baş hakim onlardan sakitləşməyi tələb edib və bir də belə hadisənin baş verəcəyi təqdirdə hər ikisini stadiondan qovacağı ilə hədələyib. Yalnız hakimin bu xəbərdarlığından sonra məşqçilər sakitləşməyə məcbur olublar.
Qeyd edək ki, bu oyunda "Çelsi" 2:0 hesabı ilə "Arsenal"a qalib gəlib.