Rekordlar davam edir

Rekordlar davam edir

"Real” (Madrid) klubunun futbolçusu Kriştianu Ronaldo bir rekordu təkrarlayıb. İspaniya mətbuatının verdiyi xəbərə görə, İspaniya La Liqasında "Atletik”lə matçda üç qol vuran portuqaliyalı ulduz üç qol vurduğu oyunların sayını 22-yə çatdırıb. Bununla da Ronaldonun adı La Liqa tarixində ən çox het-trik edən Alfredo di Stefanov və Telma Zarradan sonra gəlir.
Qeyd edək ki, Ronaldo "Real”da 255 matçda 267 qol vurub.