“Onun 400-dən çox qol vurmasının səbəbkarı mənəm”

“Onun 400-dən çox qol vurmasının səbəbkarı mənəm”


"Barselona”nın futbolçusu Dani Alveş komanda yoldaşı Lionel Messinin vurduğu qollarda ən böyük rolun məhz ona məxsus olduğunu bildirib. Xarici mətbuatın yaydığı xəbərə görə, brazilyalı oyunçu Dani Alveş bildirib ki, əgər onun köməyi olmasa idi, Messi 400-dən çox qol vura bilməzdi.
"Bu bir reallıqdar. Onu qeyd edim ki, Messi FİFA-nın klublararası dünya çempionatını ilk dəfə mənim hesabıma qazanıb. Həmin oyunda qol ötürməsini ona mən vermişəm”, - deyə Dani Alveş bildirib.