PSJ-nin futbolçusu Zlatan İbrahimoviç gələcəyi haqda önəmli açıqlama verib. Xarici mətbuatın yaydığı xəbərə görə, İsveçli hücumçu deyib ki, artıq futbolçu karyerasını bitirmək istəyir.
"Futbolçu olduğum üçün vaxtımın çoxu başqa ölkələrdə keçir. Mənim ailəm və iki azyaşlı övladım var. 6 və 8 yaşında olan uşaqlarımın mənə çox ehtiyacı var. Bunun üçün də onlara daha çox vaxt ayırmaq istəyirəm. Futbolçu karyerama son qoymaq və qayğıkeş ata olmaq barədə düşünürəm. Hazırda karyeramın zirvəsindəyəm. Məncə, indi getsəm, daha yaxşı olar. Arzum budur ki, qoy insanlar məndən danışanda həmişə desinlər: "Zirvədə olan futbolçu idi””.