“Barselona”da debütun 10 ili tamam olub

“Barselona”da debütun 10 ili tamam olub

16 oktyabr "Barselona”nın futbolçusu Lionel Messi üçün əlamətdar gün kimi yadda qalıb. Xarici mətbuatın yaydığı xəbərə görə, argentinalı hücumçunun "Barselona”da rəsmi debütünün 10 ili tamam olub.
Bununla bağlı "Facebook” səhifəsində açıqlama verən Messi 10 ildə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:
"Barselona”da möhtəşəm 10 ilim keçdi.

Bu illər ərzində mənə dəstək olan ailəmə, komanda yoldaşlarıma və "Barselona” rəhbərliyi başda olmaqla, hamıya təşəkkür edirəm. "Barselona” forması ilə meydanda olduğum hər an mənim üçün mükəmməl keçib. Bundan sonra da komandamla birlikdə yeni titullar qazanmağa çalışacağam. Məni təbrik edən hər kəsi bağrıma basıram”.
Messi "İnstaqram” hesabında "Barselona”da uzun müddət oynamaq istədiyini yazıb.
Qeyd edək ki, Messi "Barselona”da ilk debütünü 2004-cü ilin 16 oktyabrında, 17 yaşında ikən "Espanyol”la oyunda çıxıb.