DÇ-2022 yayda keçirilməyəcək

FİFA prezidenti Yozef Blatter 2022-ci ildə Qətərdə futbol üzrə dünya çempionatının qışda keçiriləcəyini söyləyib.
Blatter dünya çempionatının yayda keçirilməsinin mümkünsüzlüyünü və vəziyyətdən çıxış yolu tapmaq lazım olduğunu qeyd edib. Bildirilib ki, dünya çempionatının dəqiq keçirilmə vaxtı ilin sonunadək müəyyənləşəcək. Noyabr və dekabr ayları ən uyğun vaxtdır. Biz beynəlxalq təqvim üzərində işləyirik. Bu asan məsələ deyil.