Ramiz Mirzəyevin xatirəsinə turnir keçiriləcək

Ramiz Mirzəyevin xatirəsinə turnir keçiriləcək

Oktyabrın 29-da mərhum Ramiz Mirzəyevin anadan olmasının 60 illiyinə həsr olunmuş xatirə turniri keçiriləcək. Turnir AFFA, «Olimpiya dünyası» qəzeti və «OlimSport» jurnalının birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda 4 komanda öz qüvvəsini sınayacaq. «Neftçi»nin veteranlardan ibarət komandası, «Olimpiya dünyası», incəsənət nümayəndələrindən ibarət «Ulduz» və «OlimSport» komandaları yaşıl meydanda qarşı-qarşıya gələcəklər.

Turnir təşkilatçıları bu gün Tovuzda Ramiz Mirzəyevin qəbrini ziyarət edib və gül-çiçək dəstələri qoyublar. Mərhum R.Mirzəyev 1954-cü il oktyabrın 27-də Tovuz rayonunda dünyaya göz açıb. 2007-ci il oktyabrın 30-da ömrünün 53-cü payızında dünyasını dəyişib.
Xatırladaq ki, Ramiz Mirzəyev 2003-cü ildən 2007-ci ilədək AFFA-nın prezidenti vəzifəsini icra edib.



Ramin Allahverdi