Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi X "Sabahın ulduzları” paytaxt çempionatında 3-cü turun oyunları keçirilib. 2004-2005-ci il təvəllüdlü futbolçular arasında təşkil olunan komandaların oyununun "A” qrupunda "Vətən” "İnter” komandası ilə heç-heçə oynayıb - 1:1. "B” qrupunda "Neftçi” İK və "Qarabağ” komandaları qarşılaşıblar - 1:3. "İnter-Arena” - MOİK oyununda isə meydan sahibləri minimal hesabla qələbə qazanıblar -1:0.
Qeyd: 2004-2005-ci il təvəllüdlü uşaqların yarışında qrup mərhələsini 1-2-ci yerlərdə bitirmiş "Qarabağ”, "Neftçi” PFK, "Bakı” FK, "İnter”, "Bakı-008”, "Neftçi” İK və 3-cü pillədə ən yaxşı göstəricisi olan "İnter-Arena” komandaları 1-7-ci, digər komandalar isə 8-14-cü yerlər uğrunda mübarizə aparacaqlar. Hazırlıq qrupunda ikinci mərhələnin püşkü oktyabrın 28-də atılacaq və ilk turun oyunları noyabrın 1-də keçiriləcək.