UEFA nümayəndələri Bakıda səfərdədirlər

UEFA nümayəndələri Bakıda səfərdədirlər

Ölkəmizdə 2016-ci ildə təşkil olunacaq 17 yaşınadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatına hazırlıq işləri ilə tanış olmaq üçün UEFA nümayəndələri Bakıda səfərdədir. AFFA nümayəndələri ilə görüş keçirən qonaqlar stadionların və hotellərin vəziyyəti ilə tanış olurlar. Bu həftə UEFA nümayəndələri "Bayıl Arena” stadionuna baxış keçiriblər. Qonaqlar daha sonra "Dalğa Arena”, Tofiq Bəhramov adına Respublika stadionu, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, "Bakı” Futbol Klubunun təlim-məşq bazası və Qəbələ şəhər stadionu ilə tanış olacaqlar.