Useyn Bolt futbol oynayacaq?

Useyn Bolt futbol oynayacaq?


Altı qat olimpiya çempionu sprinter Useyn Bolt futbol millisinin heyətinə cəlb oluna bilər.
Bu barədə Yamayka millisinin çalışdırıcısı Vinfrid Şefer deyib. Şeferin sözlərinə görə, Boltun futbol yığmasına dəvət edilməsi 2016-cı il Olimpiya oyunlarından sonraya planlaşdırılır.

"Bolt yamaykalıdır və mən onu komandamda görmək istəyirəm. Bu barədə onun özündən xahiş edəcəm. Ümid edirəm, o, ölkəsi üçün dəvətimi qəbul edərək oynamağa razılıq verəcək. Bu bizim ümumi məqsədimizdir”, - deyə almaniyalı mütəxəssis bildirib.

Qeyd edək ki, Useyn Bolt 6 qat olimpiya çempionu, 8 qat dünya çempionudur. O, 100 və 200 metr məsafələrdə dünya rekorduna sahibdir.