16 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Yığmamız Serbiyanın paytaxtı Belqradda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci matçına çıxıb.
Komandamız Serbiyanın U-16 yığması ilə görüşüb. Bu qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, millimiz bundan əvvəl Serbiyanın "Srvena Zvezda” klubuna 2:4 hesabı ilə uduzmuşdu.