UEFA Rumıniya və Macarıstan futbol federasiyalarını cəzalandırıb. Buna səbəb EURO-2016-nın seçmə mərhələsində keçirilən Rumıniya - Macarıstan qarşılaşmasında hər iki komandanın azarkeşləri arasında qalmaqal yaşanması olub.
Ali futbol qurumu 1:1 hesabı ilə başa çatan matçda meydan sahiblərinin fanatlarının havaya fişəng atmaları, macarların isə buna stadionun oturacaqlarını sındıraraq cavab vermələri və irqçi davranışlarından sonra hər iki millinin futbol federasiyasını cərimələyib.
Belə ki, UEFA Rumıniya Futbol Federiyasına 32 min, Macarıstan Futbol Federasiyasına isə 30 min avro məbləğində pul cəzası kəsib.
Bundan başqa, hər iki ölkənin yığmalarının ilk ev matçında stadionun müəyyən sektorlarına azarkeşlər buraxılmayacaq.