AFFA ilə Braziliyanın futbol federasiyaları arasında əməkdaşlıq layihələri müzakirə olunub

AFFA ilə Braziliyanın futbol federasiyaları arasında əməkdaşlıq layihələri müzakirə olunub


AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelo ilə görüşüb. Görüşdə AFFA ilə Braziliyanın futbol federasiyaları arasında əməkdaşlıq layihələri müzakirə olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katibi Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.