"Beşiktaş”ın keçmiş kapitanı İbrahim Üzülməzin İstanbuldakı evinin həyətindən oğulanan maşını geri qaytarılıb. 300 min dəyərində olan "cip” markalı maşın Hatay vilayətinin Reyhanlı qəsəbəsində tapılıb. Posta.com.tr saytının yaydığı məlumata görə, maşını idarə edən suriyalı bir şəxs olub. Onunla birlikdə beş nəfər nəzarət altına alınıb.
"Həmin maşın mənə 2009-cu il Çempionlar liqasından qalan yadigar idi. Onu öz körpəm kimi əzizləyirdim. Avtomobilimin oğurlandığı gündən İstanbul polisləri maşının serya nömrəsi ilə onu nəzarətə almışdılar. Polislər cinayət işi açılan gündən avtomobilin suriyalılar tərəfindən oğurlandığını təxmin etmişdilər. İndi bilirəm ki, maşınım tapılıb. Çox xoşbəxtəm və tezliklə ona qovuşacağım anı gözləyirəm”, - deyə futbolçu qeyd edib.