"Barselona” futbol klubunda çıxış edən argentinalı hücumçu Lionel Messi vergi problemlərinə görə İspaniyanı tərk edə bilər.
Messi bundan əvvəl vergiyə 52 milyon avro ödəyib. Lakin argentinalının işi hələ də istintaqdadır və həbs oluna bilər.
"Oxşar vəziyyətdə olan elit idmançılar var. Onların vergi ilə bağlı problemi olsa da, inzibati yolla həll ediblər. Məsələn, İker Kasilyas, Xavi, hətta, Rafael Nadal. Amma Messi yeganə idmançıdır ki, məhkəmədə ona iş açılıb və həbs oluna bilər. O, İspaniyanı tərk etmək istəyir”, - Messiyə yaxın mənbə Britaniya nəşrinə bildirib.
Qeyd edək ki, Lionel Messi və onun atası, həmçinin agenti Xorxe Messi İspaniyada vergi ödəməkdən yayınmaqda ittiham olunurlar.