Pişiyə görə məşqə gecikdi

Pişiyə görə məşqə gecikdi

Almaniyanın aşağı divizionunda çıxış edən "Bohum” klubunun futbolçusu Mikael Forssell maraqlı hadisə ilə diqqət mərkəzinə düşüb. Təcrübəli hücumçu məşqə gecikib və səbəbini hamını təəccübləndirəcək amillə əlaqələndirib. Belə ki, Forssell avtomobilinə yaxınlaşanda maşının qabaq təkərinin yanında pişiyin olduğunu görüb. Ev heyvanlarına qarşı həssas ola Forssell pişiyin uzaqlaşmasını gözləyib. Nəticədə Finlandiya yığmasının üzvü məşqə 20 dəqiqə gecikib.